2017-ci il aprelin 18-dən "Azercell Telekom" MMC mobil operatoru dörd ölkədə rouminq xidmətlərindən istifadə edən "Postpaid" və "Prepaid" abunəçiləri üçün vahid tarif tətbiq edəcək.
Movqe.az-ın məlumatına görə, vahid tariflər Daniya, Lixtenşteyn, Norvec və Serbiya operatorlarının şəbəkələrində qüvvədə olacaq.
İstiqamətindən asılı olmayaraq daxil olan zənglərin 0,32 manat, edilən zənglərin qiyməti isə 2 manat olacaq. İnternet-trafikin bir meqabaytı 4 manat, istiqamətindən asılı olmayaraq bir SMS-in qiyməti 0,20 manat olacaq.