Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi və Macarıstan Respublikası Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə İmre Madaçın “İnsanın faciəsi” kitabının təqdimatı ilə “Bakıda Macarıstan günləri”nin bağlanış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Macarıstanın Azərbaycandakı səlahiyyətli səfiri İmre Laslotski “Bakıda Macarıstan günləri” çərçivəsində yenidən MEK-də olmaqdan məmnun olduğunu bildirdi.
Türkoloq, Macar Xalq İncəsənəti Yaradıcılıq Mərkəzinin baş direktoru professor Janos Hovari, əvvəlcə Azərbaycan və macar xalqları arasındakı əlaqələrin genişlənməsində böyük xidmətləri olan görkəmli ədəbiyyatşünas, dilşünas, şair Bəkir Sıtkı Çobanzadənin həyat və yaradıcılığı haqqında geniş məruzə etdi. Krımda doğulan B.S.Çobanzadənin təhsil almaq üçün gəldiyi Budapeştdə macar dilini asanlıqla öyrənmiş olduğunu, macar dilində də maraqlı yazılarının qorunduğunu, hətta 72 səhifəlik --------- Macarıstan Elmlər Akademiyasının Şərq kolleksiyasında saxlandığını bildiridi. Türk xalqlarının bədii ədəbiyyatının nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuş B.S.Çobanzadənin 6 ay Budapeştdə qaldıqdan sonra Azərbaycana gəlməsinin xalqlarımız arasında körpü rolunu oynadığını vurğuladı. O dövrdə Azərbaycanda aparılan dil islahatında yaxından iştirak edən B.S.Çobanzadə latın qrafikasının tərtib edilməsində xüsusi rol oyanamaş olmasını, Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyərində apardığ dil islahatımdan da bəhrələndiyini dinləyicilərin diqqətinə çatdırdı. I Türkoloji qurultayın keçiriləmsinin fəal iştirakçısı olan alimin sonradan pantürkist adlandırılaraq ölüm hökmü verilməsi əslində o zaman Sovetlərin türk aydınlarından qorxması kimi qiymətləndirdi. Ədibin 98 il əvvəl yazmış olduğu “Budapeşt axşamları” və “Tokay şərabı” adlı iki şeirini macar dilində səsləndirdi. MEK əməkdaşı Qönçə Cəlilova həmin şeirlərin orjinal dildə, yəni tatar türkçəsində dinləyicilərə çatdırdı.
Həmçinin Janos Hovari Azərbaycan macar elmi əlaqələrinin güclənməsində xüsusi rolu olan macar türkoloq Georq Hazai haqqında da geniş məruzə ilə danışdı. Alimin həyatının vacib məqamlarından danışan məruzəçi ilk dəfə G.Hazainin 1961-ci ildə Azərbaycana gəldiyini və o zamandan etibarən Azərbaycan elminin dostu olaraq qaldığını, təsadüfi deyildi ki, son səyahətlərindən birini 2014-cü ildə Azərbaycana etdiyini xüsusi vurğuladı. Georg Hazainin 15 minə yaxın kitabını Azərbaycan Milli Elmlər Akademiyasına bağışladığını deyən məruzəçi onun türk dillərinə xüsusi önəm verdiyini, türklərin tarixinin öyrənilməsində müstəsna rolu olduğunu diqqətə çatdırdı.
AMEA Mərkəzi Elmi Kitabxananın rəhbəri Leyla İmanova “Bakıda Macarıstan günləri” çərçivəsində keçirilən hazırkı tədbirin bu il 85 yaşı tamam olan, müasirimiz, böyük türk sevgisi ilə yaşamış dünya miqyaslı türkoloq-alim Georq Hazainin xatirəsinə həsr olunduğunu dedi. İki xalqın arasında dostluq əlaqələrinin elmi, ədəbi müstəvidə davam etdirilməsində yaxından iştirak edən Georq Hazainin Azərbaycana 1970-ci ildə səfəri zamanı Elmi Kitabxanada olduğunu, ancaq rəflərdə türkdilli ədəbiyyatından olmadığından təəssüf hissi keçirdiyini, həmin dövrdən başlayaraq ömrünün son illərinə qədər Mərkəzi Elmi Kitabxananın fondlarına ədəbiyyat göndərdiyini vurğuladı. Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən görkəmli alimin 2012-ci ildə öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünü 1742 sayda dəyərli mənbə olmaqla MEK-ə və 300-ə yaxın mənbəni isə Naxçıvan Dövlət Universitetinə hədiyyə etdiyini xüsusi diqqətə çatdırdı. L.İmanova artıq MEK-də türkdilli mənbələrin sayının 94000-ə çatdırıldığını, bunu AMEA rəhbərliyinin, Türkiyə səfirliyinin və şəxsən Georq Hazainin əməkləri nəticəsində həyata keçirildiyini dedi. MEK-in Azərbaycan kitabxanaları arasında türkologiyaya aid və türkdilli mənbələrin ən böyük fonduna sahib kitabxana olduğunu, eyni zamanda beynəlxalq mübadiləyə hazır universal kataloqun hazırlandığını bildirən L.İmanova Türk dünyasına aid biblioqrafik araşdırmaların birləşdirilməsinin vacibliyini vurğuladı. Bu səbəbdən Azərbaycan kitabxanalarını - Azərbaycan Milli Kitabxanasını, Prezident kitabxanasını, Köçərli adına Respublika Uçaq Kitabxanasını türkdilli mənbələrin kataloqlarının vahid formatda birləşdirilməsinə çağırdı. Georq Hazainin kolleksiyasının MEK-in əsas kitab saxlancında Şərq Ədəbiyyatı Fondunda Bertels, Zaxoder, Paxomov, Ziya Bunyadov, Abbas Zamanov və başqa görkəmli elm xadimlərinin kolleksiyaları ilə yanaşı ayrıca bir guşədə mühafizə olunduğunu, beynəlxalq mübadilə formatında hazırlanmış elektron kataloqa daxil edilərək Budapeştdə şəxsi kitabxanasının da daxil edilməsi üçün qızı Ceciliya Hazaiyə təqdim edildiyini söylədi. Eyni zamanda G.Hazainin ən böyük istəklərindən İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilinə tərcüməsinin Mərkəzi Elmi Kitabxananın təşkilatçılığı ilə uğurla həyata keçirildiyini, mötəbər macar və Azərbaycan dilçi-ədəbiyyatşünasları tərəfindən yüksək qiymətini aldığını, I-ci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş və alimin adı ilə bağlı “Macarıstan türkologiyası və Azərbaycan” adlı Konfransın materiallarının rəqəmsal nəşrdə oxucuların diqqətinə təqdim olunduğunu iştirakçıların nəzərinə çatdırdı. Yaxın günlərdə Sesilia və Kinqa Hazailərin qərarı Georq Hazainin kitabxanasından yeni kitabların kitabxanamıza hədiyyə ediləcəyini də məmnunluqla dilə gətirdi. Sonda Macarıstan günləri çərçivəsində MEK-də təşkil edilən tədbirlərdə yaxından iştirak edən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskiyə, Azərbaycanın Macarıstandakı səfirliyinə minnətdalığını bildirdi.