Şəmkir rayon sakini həmkəndlisi tərəfindən döyülüb.
Movqe.az APA-ya istinadən xəbər verir ki, rayonun Şiştəpə kənd sakini 1977-ci il təvəllüdlü Həsənov Həsən Ümid oğlu müxtəlif bədən xəsarətləri ilə rayon Məekəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi ayrdım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. H. Həsənovun dediyinə görə, o tanıdığı həmkəndlisi tərəfindən döyülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.