"Cavanşirlə sevgili olsaydıq xoşbəxt olardım" - Firuzə İbadovadan CAVAB

27 Mart 2017 15:47 (UTC+04:00)

Əməkdar artist Cavanşir Məmmədovun "Firuzə ilə sevgili olmuşuq" fikrinə qarşı tərəf də cavab verib.Movqe.az xəbər verir ki,  big.az -a danışan F. İbadova C. Məmmədova olan dərin hörmət və sevgisindən söz açıb: 

"Yox, yox elə sevgi olmayıb. Amma biz sevgili olsaydıq bəlkə də mən çox xoşbəxt olardım. Məgər qardaşın bacıya, ananın balaya sevgisi olmur ? Mən Cavanşirin etimadını həmişə doğrultmuşam. O da düzünü deyən insandır". 

Xatırladaq ki, C. Məmmədov mətbuat.az -a belə bir açıqlama verib: 

"Azərbaycana bir daha Firuzə İbadova kimi bir sənətçi gəlməyəcək. Belə sənətçilərin qədrini bilmək gərəkdir. O, yazıq adamdır, amma həm də böyük adamdır. Firuzə xanım həqiqətən də peşəkar sənətçi və yaxşı dostdur. Mən ona həm yaxın dost, həm də qardaş olmuşam. Onunla sevgili də olmuşuq. Ümumiyyətlə vətənə, dosta, qohuma da sevgi bəsləmək gərəkdir”