"Spartak Moskva" və Bolqarıstan millisinin yarımmüdafiəçisi İvelin Popov karyerasını Türkiyədə davam etdirə bilər.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı havbek "Fenerbahçe"də oynamağa razılıq verib. "Sarı lacivərdlilər" Popovla bağlı "Spartak"la danışıqlar aparmağa hazılraşır. Moskva klubu Emmanuel Emenikeni də geri istəyir.