Daxili orqanında heroin keçirən şəxs tutulub

30 Mart 2017 11:37 (UTC+04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bükümdə, xalis çəkisi 14 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.