Sankt-Peterburq metrosu tam həcmdə işini bərpa edib

4 Aprel 2017 09:36 (UTC+04:00)

Sankt-Peterburq metropoliteni terror aktından sonra tam həcmdə işini bərpa edib.

Movqe.az-ın trend-ə istinadən verdiyi xəbərə əsasən, bu haqda Peterburqun qubernatorunun administrasiyası məlumat verib.

Məlumatda deyilir: "Sankt-peterburq metropoliteni bütün xətlər və stansiyalar üzrə tam həcmdə səhər tezdən işə başlayıb".