Onlar ən çox Kıvanç və Tubanı bəyənir

4 Aprel 2017 10:45 (UTC+04:00)

Türkiyənin iki məşhur ulduzu- Kıvanç Tatlıtuğ və Tuba Büyüküstün Ərəbistanın ən yaxşıları seçilib. 

Movqe.az-ın  Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkə ərazisində böyük  sorğu keçirilib. 

Nəticədə ərəblərin ən sevdiyi iki məşhur seçilib.

“Sayidaty” şirkətini açıqlamasında 2016-cı ilin ən yaxşı aktyoru Kıvanç, ən yaxşı aktrisası isə Tuba olub.