Qazaxıstanda 4,2 bal gücündə zəlzələ baş verib

6 Aprel 2017 11:00 (UTC+04:00)

Qazaxıstanda 4,2 bal gücündə zəlzələ baş verib. APA-nın “Kazakhstan Today”-ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Almatı şəhərindən 90 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.