Nazir: Türkiyədə on mindən çox terrorçu zərərsizləşdirilib

10 Aprel 2017 17:38 (UTC+04:00)

Son 20 ay ərzində Türkiyədə 10 096 terrorçu zərərsizləşdirilib.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, bunu Türkiyənun milli müdafiə naziri Fikri İşıq deyib.

Nazir qeyd edib ki, onlardan 7 071 nəfəri əməliyyatlar zamanı zərərsizləşdirilib.

Milli müdafiə naziri Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçuluğa qarşı mübarizəsini davam etdirəcəyini deyib