Bakı bulvarında gənc oğlan intihar edib. Movqe.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.