Masallıda bıçaqlanma olub

12 Aprel 2017 16:14 (UTC+04:00)

Masallı şəhərində bıçaqlanma olub. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 11-də Masallı şəhəri ərazisindən şəhər sakini Emil Soltanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Zamin Şəbiyev tutulub.
 
Araşdırma aparılır.