Aprelin 14-nə manatın dollara nisbətdə orta çəkili məzənnəsi

13 Aprel 2017 13:45 (UTC+04:00)

Aprelin 13-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan Movqe.az-a  verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb.

Qeyd edək ki, aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi 1,7029 səviyyəsində müəyyən olunub.