"Azercell" internet xidmətində yaranmış problemi aradan qaldırıb

17 Aprel 2017 15:46 (UTC+04:00)

Bu gün saat 12:00 - 14:15 radələrində “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində çətinlik yaranıb.
 
Bu barədə “Azercell”dən Movqe.az-a  məlumat verilib.
 
Məlumata görə, yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülüb və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi təmin edilib.