Leyləklər sakinləri işıqsız qoydu

18 Aprel 2017 14:48 (UTC+04:00)

Fransanın şimal-şərqində iki leylək mindən çox sakinin işıqsız qalmasına səbəb olub.

Movqe.az-ın trend-ə istinadən  məlumatına görə, leyləklər elektrik ötürücü xətlərinin üzərində yuva qurmağa başlayıb.

Nəticədə naqillərdə qısaqapanma baş verib və iki əyalətin sakinləri işıqsız qalıb.

Aparılan təmir işləri nəticəsində elektrik enerjisi bərpa edilib. Leyləklərin yuvalarına isə toxunulmayıb.