PA rəsmisi: Bəzi müsəlman ölkələrinin Ermənistanla əlaqə saxlaması İslamın ruhuna ziddir

20 Aprel 2017 13:37 (UTC+04:00)

Bəzi müsəlman ölkələrinin Ermənistanla müxtəlif sahələrdə əlaqə saxlaması İslamın ruhuna ziddir.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib.

Onun sözlərinə görə, həmin dövlətlər müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal edən Ermənistanla əməkdaşlıq edirlər:

"Azərbaycanın işğal altındakı ərazilərində olan məscidləri, qədim tarixi abidələri dağıdan bir işğalçı ölkə ilə əməkdaşlıq etmək digər müsəlman ölkəsinə yaraşmır. İşğalçı dövlətlə əməkdaşlıq etmək İslam həmrəyliyini pozmaq deməkdir".