Xaçmaz rayonunda hər kəsin əsəblərini tarıma
çəkəcək olay baş verib. AzNews.az-a daxil olan məlumata görə,
rüsvayçı hadisə rayonun Mollaoba kənd sakini Təhmasib Muradovun
ailəsində qeydə alınıb.
Belə ki, adı çəkilən şəxsin 24 yaşlı oğlu Elçin Muradov 7-ci sinifdə oxuyan bacısı ilə cinsi əlaqədə olub. Faktın üstü isə xəstəxanada açılıb. Belə ki, qızını səhhətindəki problemlə əlaqədar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirən ailəyə onun 2 aylıq hamilə olduğu deyilib.
Ailə faktı gizlətməyə çalışsa da, xəstəxana bu barədə polisi məlumatlandırıb. Xəstəxananın Qadın Məsləhətxanasının baş həkimi Kəmalə xanım AzNews.az-a açıqlamasında faktla bağlı polisə məlumat verdiyini deyib: "Polisə məlumat vermişik də, gəlib lazım olan adamı aparıblar da. Polislə müstəntiq gəlmişdi".
Xaçmaz RPİ-nin rəisi Şəhriyar Şəmşirli Aznews.az-a açıqlamasında bildirib ki, fakt araşdırılır: "Qardaşla bacı öz aralarında razılaşıblar. Zorlanma faktı yoxdur. Bir qələt eləyiblər də".