Əlaqə Arxiv
news Image
2013.08.17
14:19
| A A A
Azərbaycan Müdafiə Nazirliyi əsirləri dəyişmək təklifinə münasibət bildirib
Eldar Sabiroğlu: “Firuz Fərəcov erməni mətbuatına müsahibələrində həmişə üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib, indi birdən birə nə dəyişdi?” Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin azərbaycanlı əsir Firuz Fərəcovu erməni əsir Akop İnciqulyanla dəyişməyə hazır olmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin müraciəti barədə məlumatlıdırlar: "Firuz Fərəcov bir ildən çoxdur əsirlikdədir və erməni mətbuatının ondan dəfələrlə götürdüyü müsahibəyə əsaslanaraq deyə bilərik ki, həmişə də təlimata uyğun olaraq üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib. İndi nə dəyişdi ki, birdən birə belə fikrə düşdü? Burada dərk edilməsi çətin olan bir şey yoxdur.

Ermənistan Müdafiə Nazirliyinin belə açıqlama ilə çıxış etməsi əlbəttə ki, erməni hərbiçisi Akop İnciqulyanın Azərbaycan tərəfinə əsir düşməsi ilə bağlıdır. Bununla əlaqədar mən hər hansı qəti mövqe bildirmək istəməzdim. Ona görə ki, belə məsələlərlə Azərbaycanda digər müvafiq səlahiyyətli qurum məşğul olur".
Sizin Reklam Yeriniz