Əlaqə Arxiv
news Image
2013.09.02
12:46
| A A A
Bakıda ana və iki azyaşlı uşağını maşın vurdu

Bakıda ana və iki azyaşlı uşağını maşın vurub. Xətai Rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər 08.45 radələrində Nobel prospektində qeydə alınıb.

Belə ki, Asəf Əsgərov idarə etdiyi 90-EZ-736 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobili arxadan Murad Talıb oğlu Talıbovun idarə etdiyi 99-ES-736 dövlət nömrə nişanlı KİA markalı avtomobilə çırpıb.

Zərbənin təsirindən KİA yolu keçən Ellada İsmayılovanı, qızı Fidanı və oğlu - 5 yaşlı Əlini vurub. Nəticə Əli hadisə yerində ölüb, E. İsmayılova və Fidan isə ağır xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Sizin Reklam Yeriniz