Neftin qiyməti ətrafında böyük spekulyasiyalar başlanır
İlham Şaban: “Neftin qiymətinin 50 dollara düşməsi ağlabatan deyil»
Natiq Cəfərli: “Yeni texnologiyaların inkişaf etməsi neftin qiymətlərinin aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir” Aparılan son müşahidələr neftin dünya bazarlarında qiymətinin
düşməyə meyl etdiiyni göstərir. Bir sıra qurumlar isə iddia edir
ki, neftin qiyməti bundan sonar daha sürətlə aşağı düşəjək. Hətta
"Saxo Bank" 2013-cü ildə neft qiymətlərinin 50 dollara qədər düşə
biləcəyini proqnozlaşdırır. Buna səbəb isə Amerikadakı şist
qazların hasilatı sahəsində edilən yeniliklər göstərilir. Neftin
qiyməti dəyişməsi isə Azərbaycan, eləcə də "qara qızıl" hasil edən
digər ölkələr üçün maraqlıdır. Düzdür, Prezident
Administrasiyasının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri
Mail Rəhimov isə bildirib ki, ölkəmiz üçün heç bir təhlükə yoxdur.
Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsində 1 barrelinin
qiyməti 100 ABŞ dolları səviyyəsində götürüldüyündən qiymətlərin
enməsindən narahat olmağa dəyməz.
Çünki ucuzlaşma müşahidə edilsə də, qiymətlər qeyd olunan məbləğdən aşağı düşməyib.
Yerli ekspertlərin əksəriyyəti də bildirir ki, neft qiymətlərinin 50 dollara qədər düşə bilməsi ehtimalı çox aşağıdır. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, neftin qiymətinin bu həddə düşməsi ağlabatan deyil: "Çünki, hazırda neftin qiymətinin 100 dollar ətrafında olması, inflyasiya və digər amilləri ortaya qoyanda onun real qiyməti təqribən 80 dollardır. Bu isə həm istehsalçılar, həm də istehlakçılar üçün komfortlu qiymət hesab olunur. Həmçinin dünya iqtisadiyyatına stimul verən qiymətdir. Əlavə olraq, bu qiymətlər dünya bazarıda alternativ enerjinin inkişafına və digər qeyri - ənənəvi olan karbohidrogenlərin istehsalına çox böyük stimul yaradır. Hansı ki, 2007 – ci ildən sonra alternativ enerjinin inkişafına və digər qeyri - ənənəvi olan karbohidrogenlərin kütləvi istehsal başlanılıb. Vaxtı ilə neftin qiyməti 70 dollar olan zamanlar şits neftə baxan yox idi. Ancaq neftin qiyməti artandan sonra həm texnoloji baxımdan sıçrayışlar oldu, həm də o səviyyəyə çatdı ki, ənənəvi və qeyri - ənənəvi karbohidrogenlər arasında bir balans yarandı. Yəni, ikisi arasıda bir proporsiya var".
Ekspert onu da əlavə etdi ki, neftin qiymətini bazar müəyyənləşdirir: "Spekulyativ, siyasi amillər olsa da, qiymət düşməsi heç vaxt uzunmüddətli olmur. Çünki, bir ildə dünyada 4 milyard tona yaxın xam neft satılır. Bunun da hamısını mötəkirlik yolu ilə satmaq mümkün deyil. Uzağı 10 – 15 %-ni satmaq olar. İkinci tərəfdən də tutaq ki, neftin qiyməti 50 dollara düşdü. Belə olarsa, artıq alternativ enerji mənbələri və şit qazın, şit neftin hasilatı dayanır. Bütün tələbat artıq ənənəvi neftə keçir. Bununla da bir ayın içində neftin qiyməti yenidən iki dəfə artacaq".
İlham Şaban onu da qeyd etd iki, neftin qiyməti 2010 - cu ildə 100, 2011 – ci ildə 111 dollar 12 sent, 2012 – ci ildə 11 dollar 70 sent, 2013- cü il üçün isə proqnoz 105 dollardır: "Bunlara da böyük şkalada baxsaq, faktiki olaraq düz xətt deməkdir. Baxmayaraq ki, bu dövrlərdə Yaxın Şərqdə çox böyük təlatümlər, Şimali Afrikada rəngli inqilablar gedib. Bütün bunlara baxmayaraq, neftin illik qiyməti çox stabildir. Bu baxımdan yaxın zamanlarda neftin qiymətlərində sınıq xətlə dəyişiklik olmayacaq".
Amma iqtisadçı Natiq Cəfərli isə bu il neftin qiymətinin aşağı düşəcəyini fikrini təsdiqləyir: "ABŞ-da şist qazı inqilabı dünyanın enerji xəritəsini ciddi şəkildə dəyişdirdi. Əvvəllər bunu bəzi ölkələr ciddiyə almırdı. Hətta ekoloji problemləri olacağı barədə fikirlər də irəli sürürdülər. Amma praktika sübut etdi ki, bu, belə deyil. ABŞ Avropadan, xüsusi ilə Qətərdən külli miqdarda sıxılmış qaz alırdı. Həmin qazdan imtina etdi. Çünki, ABŞ 2009- cu ildən etibarən yeni texnologiyaları inkişaf etdirərək ən böyük qaz istehsalçısına çevrildi. Qətər də məcburən həmin qazı Avropa bazalarına yönəltməyə başladı. Bununla da son iki ildə Avropa bazarlarında qazın qiyməti təqribən 30 – 40 % aşağı düşüb. İndi də ABŞ və Kanada şist nefti və bitum qumlarından neft alan yeni neft texnologiyalarını inkişaf etdirib. Təəccüblüsü də odur ki, Kanada ancaq elə bitum qumlarından gündə 1 milyon barrel neft istehsal edəcəyini açıqlayıb. ABŞ isə 2014 – cü ilin əvvəlində özünün neftə olan tələbatını artıq daxili resurslar hesabına ödəməyi qarşına məqsəd qoyub. Hətta 2015 – ci ildən sonra bəzi ölkələrə neft ixrac etməyi haqqında da düşünür. Yəni, yeni texnologiyaların, ümumiyyətlə, avtomobil və digər sahələrdə enerji qənaətli texnologiyalarının ciddi inkişaf etməsi neftin qiymətlərinin aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir. Amma dəqiq qiymət söyləmək çətindir. Ən azından 2013 və 2014- cü ilin əvvəllərində neftin qiymətində kəskin azalmalar müşahidə olunmalıdır. Çünki, inkişaf texnologiyaları bunu diqtə edir".