Əlaqə Arxiv
news Image
2012.04.13
17:56
| A A A
Oğurlanmış rəsm əsəri tapılıb

2008-ci ildə İsveçrə muzeyində basqın zamanı oğurlanan Cezannenin rəsm əsəri Serbiyada tapılıb. Hakimiyyət orqanları şəkil haqqında söz deməsələr də, yerli media məlumat verib ki, bu Sürixin Emil Buehrle Kolleksiyasından olan  "Qırmızı Jiletdə Oğlandır".
Polis bildirib ki, bu oğuruqla bağlı üç nəfər həbs edilib. O əlavə edib ki, bir incəsənət eksperti bu rəsmin 109 milyon dollar (£68.3m) dəyəri olduğunu bildirib. Sürix muzeyində baş verən bu oğurluq  Avropanın ən böyük oğurluq hadisələrindən biri olub.
Slavyan aksenti ilə Alman dilində danışan bi şahid, soyğunçuların üç nəfərdən ibarət, silahlı və üzləri maskalı olduğunu bildirib. "Qırmızı Jiletdə Oğlan" və üç başqa şah əsər  Klod Monet, Vinsent Van Qoğu və Edqar Degas tərəfindən oğurlanıb. Rəsm əsərlərindən biri Sürixdə psixiatrik xəstəxananın yanında avtomobildə üzərində heç bir zədə olmadan aşkar edilib. Digəri isə, hələ də axtarışdadır.
Polis bildirib ki, Belqrad və Cacakda baş verən həbs hadisəsinə rəhbərlik üçün Avropadan bir neçə polis məmuru aparılıb. Hadisə ilə bağlı bəyanatın cümə axşamı günündən sonra veriləcəyi gözlənilir.
Cezannenin "Qırmızı Jiletdə Oğlan" əsərində ənənəvi İtaliya geyimində olan bir oğlan təsvir edilib. Şəkilin üç başqa versiyası ABŞ-da muzeylərdə saxlanılır.

Ziba Yusifova


Sizin Reklam Yeriniz