Əlaqə Arxiv
news Image
2013.05.15
16:43
| A A A
"Coca Colanın formulunu 15 milyon dollara satıram"
Movqe.az xəbər verir ki, ABŞ-ın Georgia əyalətində yaşayan antikvar əşya düşkünü Klif Klac, Coca-Colanın tərkibini tapdığını iddia edir. Georgiada yaşayan məşhur bir kimyagərin evindən çıxan antik əşyaları satın alan Klif Klac, əlinə keçən qutuların içində 1943-cü ilə aid bir kağızda Coca Cola-ın düsturuna rast gəldiyini iddia edib. O, bu formulu internetdəki hərrac şirkəti e-bay vasitəsilə 15 milyon dollara satır. Klacın tapdığı düstur haqqında, Coca Cola firmasının arxiv rəhbəri və tarixçi Ted Ryan da şərh verib və "Bu düsturla kola bənzəri bir içki edilə bilər, amma düstur məncə Coca Cola-ın deyil" bildirib. Orijinal formul 1886-cı ilə aiddir və Atlandadakı Coca Cola ümumi mərkəzindəki bir kassada qorunur.
Sizin Reklam Yeriniz