Kristina Aqulera səhnəyə qayıdır
Aldığı artıq çəkini vermək üçün böyük səy göstərən Kristina Aqulera tamam dəyişilib
Səs bacarıqlarının kəşf edildiyi "Amerikan Idol" yarışmasında ara verdiyi jürilik vəzifəsinə qarşımızdakı mövsümdə davam edəcəyi qətiləşən Kristina Aqulera vaxtını idman edərək və özünə baxaraq keçirib.
Mövqe.az-ın Daily Mail-ə istinadən verdiyi xəbərə görə, 32 yaşlı müğənni ötən günlərdə "Twitter" hesabından yayımladığı fotoşəkillərində incə bədənini nümayiş etdirib. Fotoşəkildə qara bir büstqalter və mini qara ətəklə görülən Aqulera, 1960-cı illərdən çıxmış kimi idi. Daha əvvəl çəki probleminin olduğunu söyləyən 1.56 m boyundakı müğənni indiki görünüşündən məmnun olduğunu bildirib. Kristina Aqulera "American Idol yarışmasında bir mövsüm jürilik edən Shakiranın ardınca, gələcək mövsümdə yenə münsif olacaq.