Mövqe.az Türkiyə mətbuatına istinadən sizə yemək yedikdən sonra nələri etməyin düzgün olmadığını təqdim edir:
Siqaret çəkməyin: Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, yeməkdən sonra 1 siqaret çəkmək 10 siqaret çəkməyə bərabər sayılır.
Meyvə yeməyin: Yeməkdən dərhal sonra yeyilən meyvə mədənin hava ilə dolmasına səbəb olur.
Çay içməyin: Yeməyin üstündən çay içmək sağlamlığa zərərlidir. Yeməkdən dərhal sonra içilən çay tərkibində dəmir olan qida qəbul edilibsə, yeməklə birlikdə daxil olan dəmir mineralının orqanizm tərəfindən mənimsənilməsini məhdudlaşır.
Kəmərinizi boşaltmayın: Yeməkdən sonra kəmər boşaltmaq bağırsaqların düyünlənməsinə səbəb olur.
Gəzintiyə çıxmayın: Yemədən dərhal sonra gəzintiyə çıxmaq qəbul etdiyimiz qidalardakı elementlərin həzm edilməsinə səbəb olur. Yəni, yeyilən yeməyin heç bir faydası qalmır. Gəzintini 1 saat sonraya saxlamaq məsləhətdir.
Duş qəbul etməyin: Yeməkdən dərhal sonra qəbul edilən duş qanın hərəkətini əl və ayaqlara doğru çoxaldır. Həzm sistemi üçün də zərərlidir.
Dərhal yatmayın: Yeməkdən dərhal sonra yatmaq həzm sisteminin kifayət qədər işləməsinə əngəl törədir, bağırsaqların iltihabına və mədə narahatlığına səbəb olur.
Yeməkdən sonra yatmağın ən əsas zərərlərindən biri də artıq çəki yaratmasıdır.