Movqe.Az xəbər verir ki, İngiltərədə "National Trust" dərnəyi tərəfindən edilən araşdırmaya görə, hər 5 uşaqdan 4-ü kifayət qədər çöldə oynamır və "texnologiya"ya görə təbiətdən ayrı düşür. Araşdırmadan sonra 11 yaşına qədər bir uşağın mütləq etməsi lazım olan şeylər təqdim edilib:
Ağaca dırmaşmaq
Kiçik dağ dırmanışları etmək
Təbiətdə düşərgə qurmaq
Yağışda gəzmək
Uçurtma uçurmaq
Fermalara getmək
Ağacdan dərdiyi almanı yemək
Velosiped sürmək
Dalğaların üzərindən atlamaq
Qarda oynamaq
Çobanyastığından tac düzəltmək
Palçıqdan tort etmək
Qarmaqla balıq tutmaq
Böyürtkən yığmaq
Təbiətdəki sürünənləri araşdırmaq
Bir yolu xəritə ilə tapmaq
Ayaqyalın gəzmək
Quşları izləmək
Qalıq və sümük axtarmaq
Gecə çöldə ulduzlara baxmaq
Düşərgə ocağında yemək yemək
Birini quma basdırmaq