Əlaqə Arxiv
news Image
2013.08.28
18:16
| A A A
Ana bətnindəki körpə də heç nəyi unutmur?
Movqe.Az xəbər verir ki, Körpələrin, ana bətnində duyduqlarını xatırlaya bildiyi təyin olunub. Finlandiyadakı Helsinki Universitetindən elm adamlarının etdiyi araşdırma, dölün mahnıları və nitqləri xatırlaya bildiyini, bu səbəbdən beyin tamamilə inkişaf etmiş olmasa da öyrənə bildiyini göstərib. Elm adamları, Fince-də bir mənası olmayan, 3 hecalı olması səbəbiylə öyrənməsi çətin olan "tatata" sözünü istifadə edərək dölün yaddaşını test edib.

Hamiləliyin 29-cu həftəsindən doğuma qədər edilən araşdırmada, qadınların yarısına yüzlərlə dəfə bu söz dinlədilib. Doğumdan sonra sözün dinlədildiyi körpələrin beyin fəaliyyəti araşdırılıb. Ana bətnində "tatata" nı dəfələrlə eşidən körpələrin beyninin bu sözə güclü reaksiya verdiyi görülüb. Sözü eşitməyən körpələr isə reaksiya verməyib.


Sizin Reklam Yeriniz