Millət vəkili 36 ölkənin qadınlarına çağırış edib (FOTO)
Millət vəkili Q. Paşayeva Türkiyədə 36 ölkədən
gəlmiş qadınlara məcburi köçkün qadınlarla bağlı çağırış
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Millət vəkili Qənirə Paşayeva Giresun Universitetində təşkil edilən "Qadınlar siyasi və sosial həyatda" Beynəlxalq Gender simpoziumun açılışında geniş çıxış edib.
Dünyanın bütün qitələrini əhatə edən və 36 ölkənin fəal qadınlarının qatıldığı beynəlxalq simpoziumda qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən Giresun Universitetinin rektoru Aygün Attar salamlama və açılış çıxışında bütün dünyada qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün birgə səylərin gücləndirilməsinə və qadınlara yönələn təhsil və araşdırma layihələrinin həyata keçirilməsinin vacibliyindən danışıb.
36 ölkədən nümayəndələrin qatıldığı beynəlxalq simpozium açılışındakı çıxışında millət vəkili Qənirə Paşayeva deyib:
"Qadınlara qarşı zorakılıq mövzusu mənim ölkəm üçün çox həssas və ağrılı bir mövzudur. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, həmin ərazilərdə etnik təmizləmə siyasətini aparıb. 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan onların öz yurd-yuvasına dönməsinə imkan verməməklə bu insanların təməl insan haqlarını tapdalamqda davam edir. Yüz minlərlə azərbaycanlı məcburi köçkün qadınlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər, onlar insan haqları Ermənistan tərəfindən pozulmaqda davam edir".
Millət vəkili çıxışı ilə dünyanın 36 ölkəsindən gəlmiş fəal, tanınmış qadınlara 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkününün Ermənistan tərəfindən 22 ildir pozulmaqda davam edən haqlarına biganə qalmamağa və öz etiraz səslərini ucaltmağa çağırıb.