Mobil alış-veriş "partlayış"ı
Movqe.az xəbər verir ki, ABŞ daxilində
edilən bir araşdırma, istifadəçilərin alış-veriş vərdişləriylə
əlaqədar təəccüblü detalları müəyyən edib. Dünyanın qabaqda gələn
rəqəmsal hədiyyə şirkəti "CashStar" istifadəçilərin artıq
kompüterləri yerinə cib telefonlarıyla alış-veriş etdiyini və son
illərdə mobil alverdə "partlayış" yaşandığını qeyd edib. Lakin
yayımlanan hesabatda çox daha təəccüblü nəticələr də var.
Araşdırmaya görə 38 milyondan çox ABŞ vətəndaşı tualetdə olarkən
alış-veriş edir. Yenə eyni hesabatda, istifadəçilərin
avtomobillərini sürərkən də alver etdiyini bildirib. 9 milyondan
çox insan isə iş görüşməsində və ya yığıncaqlarda alver etməyi
üstün tutur.