Mədəndə Marsın əlamətləri tapılıb
Movqe.az xəbər verir ki, Kanadanın "Quebec"
əyalətində Mars planeti ilə eyni xüsusiyyətlərə sahib asbest mədəni
ABŞ və Kanadalı elm adamlarının araşdırma mərkəzi olub. Layihə
idarəçilərindən "Winnipeg" Universitetinin Professoru Ed Kloutis
metan qazının sudan sonra, həyatın başlanğıcını axtarmaqdakı ən
əhəmiyyətli ikinci açar olduğunu bildirib. O:"Marsdakı metan
qazının qaynağını tapmaq, planetdəki həyatla bağlı sualların da
cavabı olacaq. "Jeffrey ASBEST" mədən ocağının şəraiti də Mars
haqqındakı məlumatlarımız ilə eynidir" deyib.