Amerikalı alimlər yadplanetlilərin yaşamasının reallıq səviyyəsi
baxımından planet və təbii peyklərin reytinq siyahısını
hazırlayıb.
Saturn planetinin təbii peyki Titan və Yerdən 20,5 işıq ili
uzaqlıqdakı Tərəzi ulduz topasındakı Giles 581G planeti Kainatda
yaşamaq üçün ən əlverişli məkanlardır.
Alimlər "Yer planetinə bənzərlik indeksi" və "Yaşamaq üçün
əlverişlilik indeksi" adlı iki reytinq siyahısı hazırlayıblar.
ABŞ-dakı Vaşinqton Universitetinin astrofiziki Dirk Şults-Makuçun
rəhbərlik etdiyi araşdırmanın maraqlı nəticələri var.
"Əvvəlcə Kainatdakı başqa planetlərdə bilib-bilmədiyimiz həyat
formalarını araşdırmağa çalışdıq. Sonra da Günəş sistemindəki və
sistemdən kənardakı planetlərdə Yerə bənzər şəraitin
olub-olmadığını müəyyənləşdirmək istədik", - astrofizik deyib.
"Yer planetinə bənzərlik indeksi"ndə planetlər böyüklüyü, çəkisi və
ağırlığı, sistemin əsas ulduzu ilə arasındakı məsafə və s. kimi
amillər baxımından Yerlə müqayisə olunur.
"Yaşamaq üçün əlverişlilik indeksi"ndə isə səma cisimlərin səthinin
buz və ya daşla örtülməsi, atmosfer, maqnit sahəsi və s. kimi
amillərin olub-olmadığı araşdırılıb.
Hər iki indeksdə 3-4 səma cismi ilə təmsil olunmuş "Gilese 581"
sistemini astronomlar Yer planetinə ən uyğun şəraitə malik
planetlərin ola biləcəyi məkan sayırlar.
İndeksləri təqdim edirik.
Yer planetinə
bənzərlik indeksi
Dünya - 1,00
Gilese 581g - 0,89
Gilese 581d - 0,74
Gilese 581c - 0,70
Mars - 0,70
Merkuri - 0,60
HD 69830d - 0,60
55 Cnc c - 0,56
Ay - 0,56
Gilese 581e - 0,53
Yaşamaq üçün
əlverişlilik indeksi
Titan - 0,64
Mars - 0,59
Avropa - 0,49
Gilese 581g - 0,45
Gilese 581d - 0,43
Gilese 581c - 0,41
Yupiter - 0,37
Saturn - 0,37
Venera - 0,37
Enselad - 0,35