Əlaqə Arxiv
news Image
2012.04.12
16:31
| A A A
Jurnalistlər "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən ölkələrə müraciət ünvanlayıblar

Azərbaycan jurnalistləri "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edən ölkələrin media qurumlarına müraciət ünvanlayıblar.Azərbaycan jurnalistləri adından Avropa Yayım Birliyinə "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən ölkələrə müraciət qəbul olunub. Bununla bağlı müvafiq sənəd hazırlanıb və imzalanmağa təqdim olunması üçün jurnalistlərə verilib. Müraciətdə "Eurovision- 2012" mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı yerli və xarici mətbuatda neqativ, obyektiv mövqeni əks etdirməyən yazıların dərc olunmasına etiraz edilib.

Movqe.Az xəbər portalının məlumatına görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "dəyirmi masa"da həmin müraziətlə bağlı müzakirələr aparılıb və təkliflər dinlənilib. Tədbirdə bır sıra mətbuat qurumlarının rəhbərləri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və yerli jurnalistlər iştirak ediblər.

Mətbuat Şurasının sədriƏflatun Amaşov müraciətin mətnini jurnalist qurumlarının rəhbərlərinə təqdim edib və Azərbaycanda medianın ən ciddi problemi olan iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət dəstəyi artırılmasını qeyd edib.

Azərbaycan jurnalistlərinin müraciətində bir çox məslələrlə yanaşı qeyd olunur ki, bəzi dairələr Avropanın "Eurovision" mahnı müsabiqəsi kimi mədəni tədbirini çirkin siyasi məqsədləri üçün siyasiləşdirməyə cəhd edirlər: "Bu, milyonlarla avropalıya qarşı hörmətsizlikdir. Bakıda "Eurovision"mahnı müsabiqəsindən çox qabaq başlamış və müsabiqədən də sonra davam etdiriləcək abadlıq işləri insan haqlarının pozulması kimi qiymətləndirilə bilməz", - müraciətdə bildirilir.

Qeyd edək ki, Müraciət Avropa Yayımları Birliyinə və yarışmada iştirak edəcək bütün ölkələrə göndəriləcək.

Fuad Mədətov

Sizin Reklam Yeriniz