Əlaqə Arxiv
news Image
2012.11.21
17:57
| A A A
Bethovenin "Elise"si tapıldı
Movqe.Az bildirir ki, Kanadalı bir musiqiçi alim Bethovenin "Für Elise" əsərini kimin üçün bəstələdiyini araşdırıb. Musiqiçiyə ilham verən Bavariyalı müğənninin adı Elisa Barensfelddir. Ludviq von Bethovenin "Für Elise" əsərini kimin üçün yazdığı bu günə qədər gizli qalmışdı. Kanadalı musiqiçi alim Rita Steblin bu sirri tapdığını iddia edir. Steblinə görə Bethoven, 1810-cu ildə pianino üçün bəstələdiyi "Für Elise" sonatasını Bavariyalı müğənni Elisa Barensfeldə həsr edib. Avstriya və Almaniyada qəzet xəbərlərini, polis hesabatlarını, zadəganların xatirə dəftərlərini və məktublarını araşdıran alim, Bethovenin "Elise üçün 27 aprel, Bethovenin xatirəsinə" şəklindəki əl yazmanı aşkar edib. Rita Steblin, bu qeydin o tarixlərdə Vyanada bəstəkarın aşiq olduğu Teresa von Malfattinin qonşusu və şagirdi Elisa Barensfeldə həsr edildiyini iddia edir.
Sizin Reklam Yeriniz