Əlaqə Arxiv
news Image
2012.11.22
17:34
| A A A
Yaşar Nuri dəfn olundu -FOTOLAR
Movqe.Az xəbər verir ki, xalq artisti Yaşar Nuri ilə vida mərasimi Akademik Milli Dram Tetrında gerçəkləşib. Onunla vidalaşmağa gələnlər arasında tanınmışlar olub.
Vida mərasimi Yaşar Nurinin özü haqqında danışdıqları ilə başlayıb. Xalq artisti ilə bir yerdə çalışanlar jurnalistlərə onun haqqında xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyib.
Mərhum aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nurinin həyata çox bağlı insan olduğunu bildirib: "Həyata o qədər məhəbbəti var idi ki... Onu bizim məhəbbətimiz yaşadırdı. Bizi bircə dəfə də olsun ağlayan görməmişdi. Onunla həmişə şən idik. O rəhmətə gedəndə yanındaydım. Gecə vəziyyəti yaxşı idi. 6-nın yrısında keçindi. Optimist idi. Ölümü barədə fikirləşməzdi".
Millət vəkili Qənirə Paşayeva aktyorun vəfatının hamı üçün ağır itki olduğunu deyib: "O hər zaman görəcəyi işlərdən danışardı. Ölümə təslim olmurdu. Sağalıb yeni-yeni rollar oynamaq istəyirdi. Onun bütün rolları yaddaqalan idi. Bir dənə də olsun mənasız rolu yox idi. Bircə təskinliyi onda tapırıq ki, nə qədər ki xalqımız var onu yaşadacağıq".
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaşar Nurinin ölümünə inanmağın çətin olduğunu qeyd edib: "O bir dəfə də olsun səhnədən ayrılmazdı. Yaşar onu sevənlərin qəlbində həmişə yaşayacaq".
Nazir ölkə başçısının da Azərbaycan xalqına və mərhumun ailəsinə baş sağılığını çatdırıb.
Xalq artisti Firəngiz Mütəllimova 34 il mərhum aktyorla çiyin-çiyinə çalışdığını xatırladıb: "Bu gün mənə o qədər çətindir ki... Burda onunla neçə səhnələr paylaşmışıq. Bu gün isə onunla son səhnədə - vida səhnəsindəyəm... Onun qarşısında baş əyirəm. O heç vaxt olmayacaq daha. Bu dünyaya tək gəldi və tək getdi".
Mərhumun qızı Ülviyyə Nuriyeva sənətkarın hər zaman xatirələrdə yaşayacağını bildirib: "Atamı sevən bütün insanlara təşəkkürümü bildirirəm".
Xalq Artisti, Prezident təqaüdçüsü, Şöhrət ordenli Yaşar Nuri yüzlərlə obrazlar canlandırdığı Milli Dram Teatrın səhnəsindən alqışlarla son mənzilə yola salınıb. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn olunub.











Sizin Reklam Yeriniz