İqtisad Universitetinin tələbələrinin tələbi həll edildi
"Boloniya sisteminin tələblərinə uyğun olaraq imtahanqabağı kollokviumun keçirilməsi üçün ayrılan müddət uzadılıb"
İqtisad Universitetinin bir neçə fakültəsinin tələbələri semestr imtahanlarını boykot edərək, ədalətli imtahan prosesi tələb etmələri universitet rəhbərliyini hərəkətə gətirib. Yarım saat ərzində 6 fəndən imtahan verməyin ədalətli olmadığını deyə tələbələrin tələblərinə cavab olaraq universitet rəhbərliyi kollokvium müddətinin bir həftəyədək uzadılması barədə qərar qəbul edib.
İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Zəfər Bayramov Gün.Az -a bildirib ki, problem universitet rəhbərliyi tərəfindən həll edilib.
"Narahatlığa əsas yoxdur. Boloniya sisteminin tələblərinə uyğun olaraq imtahanqabağı kollokviumun keçirilməsi üçün ayrılan müddət uzadılıb".