Prezident əfv sərəncamı verdi
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv
olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını
imzalayıb.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, 55 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Daha bir nəfər sərəncamla islah işləri cəzasından, 6 nəfər isə cərimə cəzasından azad olunub.