Daşqının nəticələrinin aradan qaldırılması üçün 50 milyon manat ayrıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu ildə Kür
və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin
fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında
sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə Fövqəladə Hallar
Nazirliyinə 50 milyon manat vəsaitin ayrılması üzrə təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılır.
Fövqəladə Hallar Nazirliyinə tapşırılır ki, sərəncamın icrası ilə bağlı müvafiq şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasını sürətləndirsin və görülmüş işlər barədə məlumatı üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.