Əlaqə Arxiv
news Image
2013.09.27
16:49
| A A A
Ürəkləri parçalayan olay: Bakıda ananın bala fəryadı...
ANS TV-də yayımlanan "Adam içində" proqramının dünənki buraxılışında həyəcanlı anlar yaşanıb. Milli.Az-ın studiyada verilişi izləyən əməkdaşının məlumatına görə, əri tərəfindən uşağı əlindən alınan Şəfa adlı ana dünənki verilişdə də tamaşaçıları kədərləndirib. 

Veriliş başlayan andan sonadək aparıcı Elgizdən uşağının studiyaya gətirilməsini xahiş edib. Hətta uşağını görəcəyinə ümid edən Şəfa xanım özü ilə balasına vermək üçün oyuncaq da gətirib. Lakin veriliş boyu anaya uşaq verilməyib, onun tək təsəllisi övladını Skype vasitəsilə görməsi olub. 

Studiyaya gəlməkdən imtina edən qarşı tərəf, yəni Şəfanın əri Əli uşağı anasına canlı yayıma gətirməkdən imtina edib. Balasını Skype-da görən Şəfa buna dözə bilməyərək ürəyi gedib. Mühafizəçilərin köməkliyi ilə studiyadan çıxarılan anaya ora çağırılmış təcili yardım briqadasının əməkdaşları yardım edib. Bundan sonra əsl mətləblərə aydınlıq gətirilib. 

Şəfanın anası Yasamal rayon Məhkəməsinin uşağın kimdə qalması ilə bağlı çıxardığı qərardadı Elgizə təqdim edib və aparıcı elə orada bunu elan edib. Qərardaddan məlum olub ki, məhkəmə uşağın dərhal anası Şəfa xanıma qaytarılması barədə qərar çıxarıb. Lakin övladı üçün savaşan, veriliş boyu hönkürən ana arzuladığı qərardad elan olunarkən özündə deyildi. Onun bu xəbəri eşidəndən sonrakı halı isə bizə məlum deyil...
Sizin Reklam Yeriniz