Əlaqə Arxiv
news Image
2013.12.19
18:30
| A A A
Məşhur aktrisa: "Onlara hədlərini göstərəcəyəm"
Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Keyt Uinslet çox qəzəblənib. O, "Fathers4Justice" qrupunu məhkəməyə verməyə hazırlaşır.


Aktrisanın dediyinə görə, onun sabiq ərləri Sem Mendes və Cim Triplton dan olan övladları ilə bağlı səslənən iddialar "ağ yalan, çirkin böhtan"dır.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, aktrisanı sinirləndirən, daha doğrusu, "cin atı"na mindirən məsələ "Fathers4Justice" qrupunun yeni plakatıdır.

Plakatda Keyt Uinsletin fotosu belə yazı ilə müşayiət olunur: "Keyt, hər uşağın Milad bayramını atası ilə keçirmək hüququ var".


Qrup iddia edir ki, 3 ərdən 3 övladı olan Keyt Uinslet sabiq həyat yoldaşı Sem Mendesin hüquqlarını pozur, onun övladı ilə görüşməsinə maneələr yaradır.


Rejissor Sem Mendes isə söyləyib: "Bu qrupun aksiyasından xəbərsizəm. Keyt və mənim aramda olan münasibətlərdə problem yaşanmır. Oğlumla vaxtında görüşürəm, çətinliklər olmur. Qrup nəyə istinadən belə plakat hazırlayıb, anlamıram".


38 yaşlı Keyt Uinslet isə söyləyib: "Onlara hədlərini göstərəcəyəm. Heç nədən xəbərləri olmadıqları halda, məni rüsvay etməyə, çox pis ana kimi qələmə verməyə çalışırlar. Halbuki belə deyil. Vəkillərim məhkəməyə şikayət hazırlayırlar".


Keyt Uinslet 11 gün əvvəl üçüncü övladını dünyaya gətirib. Bu uşaq aktrisanın üçüncü əri Ned Roknrolla nikahda ilk övladıdır.

Aktrisanın rejissor Cim Tripltonla nikahdan 13 yaşlı Miaadlı qızı və Sem Mendeslə nikahdan 9 yaşl Coadlı oğlu var.

Sizin Reklam Yeriniz