Əlaqə Arxiv
news Image
2012.05.05
20:40
| A A A
Nyu-Yorkda BMT baş katibi və Azərbaycan adından nahar təşkil olunub
Prezident İlham Əliyev və BMT-nin baş katibi Pan Gi Mun naharda iştirak ediblər

Movqe.az xəbər verir ki, Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Pan Gi Mun naharda iştirak edib.
Dövlət başçısı İlham Əliyev naharda çıxış edib. O, qonaqları salamlayaraq, dəvəti qəbul etdikləri üçün təşəkkür edib. "Bu gün səhərdən bir yerdəyik və beynəlxalq əhəmiyyətli bir sıra məsələləri müzakirə etdik. Əməkdaşlığımıza verdiyiniz töhfəyə görə dərin minnətdarlığımı bildirirəm.
Bu gün biz qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, müzakirələrimiz əməkdaşlıq və konstruktivlik ruhunda keçəcək. Bizi dəstəkləyən bütün tərəflərə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çünki bu, bizim üçün əlamətdar hadisədir. Hətta, deyərdim ki, tariximizdə ən əlamətdar hadisələrdən biridir. Biz Təhlükəsizlik Şurasına seçilmişik. Hazırda isə sədrliyə başlayırıq. Burada bu rolda olmağıma və belə xoşbəxt anları dostlarımızla bölüşməyə çox şadam".
Bundan sonra dövlət başçısı sözü baş katibə verib. BMT-nin Baş katibi Pan Gi MUN çıxışında Azərbaycanı BMT Təhlükəsizlik Şurasına seçilməsi və sədrliyə başlaması münasibətilə bir daha təbrik etdi və uğurlar arzulayıb.

Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz