Azərbaycanın Ştutqartdakı fəxri konsulu Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirib
“Hələ də əminliklə Almaniyada tam demokratiyanın olduğuna heç kəs iddia edə bilməz”
Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto
Hauzer dövrü mətbuata, qəzet və radiolara verdiyi müsahibələrində
Almaniyanın bəzi mətbuat orqanlarının Azərbaycana münasibətdə
ədalətli olmadığını diqqətə çatdırıb. APA-nın xəbərinə görə, O. Hauzer
Azərbaycanı tənqid edənlərə etirazını bildirib: "Azərbaycanda
demokratiyanın inkişafının zamana ehtiyacı var. Bu bir prosesdir və
Almaniyanın 20 ildir birləşməsinə baxmayaraq, hələ də burada 100
faiz əminliklə tam demokratiyanın olduğuna heç kəs iddia edə
bilməz".
O. Hauzer Azərbaycanı tənqid edən qurumları qərəzsiz olmağa və ölkəni yaxından tanımağa çağırıb. Fəxri konsul azərbaycanlıların çox xoş məramlı, qonaqpərvər, vətəninə bağlı olduqları haqqında danışıb və Almaniya ilə Azərbaycan arasındakı 190 ildən artıq tarixə malik münasibətlərin olduğunu da diqqətə çatdırıb. O, iki xalq arasındakı olan bu tarixi münasibətlərin hansısa maraqlar naminə pozulmasının qətiyyən yol verilməz olduğunu bildirib.
Fəxri konsul bütün müsahibələrində Azərbaycanın Avropa və xüsusilə Almaniya üçün ciddi enerji tərəfdaşı olduğunu da vurğulayıb. O, alman hökumətindən və digər Avropa ölkələrinin rəhbərliyindən Dağlıq Qarabağ probleminin ədalətli həllində Azərbaycana kömək etməyi tələb edib: "İnsan haqlarının pozulmasını Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında da diqqətdə saxlamaq və bu barədə qəti addımlar atılmalıdır".
Məlumata görə, Azərbaycanın Almaniyanın Baden-Vürtemberg torpağındakı fəxri konsulu Otto Hauzer çox intensiv olaraq alman mətbuatında çıxış edir və Azərbaycanla bağlı həqiqətlərin Almaniya ictimaiyyətinə çatdırılmasına səy göstərir. Gələn həftə Almaniya mətbuatında yaranmış olan qərəzli məqalələrə cavab olaraq bir daha 10-dan çox qəzet və digər media nümayəndələri ilə görüşlər nəzərdə tutulub.