Əlaqə Arxiv
news Image
2013.09.25
11:00
| A A A
Obama: "ABŞ İranın sülh məqsədli nüvəyə sahib olmaq hüququna hörmət edir”

"ABŞ İranda rejimin dəyişməsinə nail olmağa çalışmır və onun sülh məqsədli nüvə energetikasına olan hüququna hörmətlə yanaşır".


APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu sentyabrın 24-də ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bəyan edib.     

 

"Biz rejimin dəyişməsinə nail olmağa çalışmırıq və İran xalqının sülh məqsədli nüvə enerjisinə olan hüququna hörmət edirik", deyə o qeyd edib.

 

Obama, bununla belə, qeyd edib ki, ABŞ nüvə silahının yayılmamasına dair öhdəliklərin İran tərəfindən icra edilməsini tələb edir.   

 

Obama həmçinin ABŞ-ın İranla ziddiyyətlərinin diplomatik yolla həllinə sadiq olduğunu bəyan edib.      

Sizin Reklam Yeriniz