Bu gün İranın nüvə proqramı üzrə saziş imzalana bilər
Hazırda “Altılıq” və İran ciddi-cəhdlə iş aparır
İranın nüvə proqramı üzrə danışıqların iştirakçıları iyulun 12-də razılıq əldə etmək niyyətindədirlər.
Movqe.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Altılıq" və İran ciddi-cəhdlə iş aparır. Tərəflər iyulun 12-dək saziş imzalamağa çalışırlar", — deyə diplomat bildirib.