Əlaqə Arxiv
news Image
2016.01.13
09:35
| A A A
İstanbuldakı terror aktından sonra polis İŞİD-lə əlaqədə şübhəli bilinən 59 nəfəri saxlayıb

Türkiyə polisi İstanbulda törədilən terror aktından sonra ölkənin 5 şəhərində antiterror əməliyyatı keçirib. Movqe.az-ın "Haber Turk"ə istinadən verdiyi xəbərə görə, reydlər Ankara, Şanlıurfa, Mersin, Kilis və Adanada keçirilib.Ümumilikdə,  İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 59 nəfəri saxlanılıb.  Ankarada 15-i Suriya vətəndaşı olmaqla 16 nəfər saxlanılıb. Onların deportasiya olunacağı gözlənilir. Digər şəhərlərdə saxlanılan türklərə terrorçuluq ittihamı irəli sürülüb.  Qeyd edək ki, ötən gün İstanbulun tarixi hissəsində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Sizin Reklam Yeriniz