Meyvə-tərəvəzin də pasportu olacaq
Pasportda müvafiq məhsul haqqında bütün genetik məlumatlar öz əksini tapacaq
Movqe.az-in məlumatına görə kənd təsərrüfatı sahəsində daha bir
yeniliyin tətbiq olunması gözlənilir. Belə ki, bundan sonra
ölkəmizdə istehsal olunan yerli təsərrüfat məhsulları
pasportlaşdırılacaq. Buğda sortlarının, eləcə də məşhurluğu ilə
seçilən Göyçay narı, Quba alması, Lənkəran limonu, Şamaxı üzümü və
digər yerli meyvə-tərəvəzin pasportları olacaq. Pasportlarda həmin
məhsullar haqqında bütün genetik məlumatlar öz əksini tapacaq.