Qədim piramidələr necə yaranıb?
Movqe.Az xəbər verir ki, nəhəng həcmə və dəqiq
mühəndislik incəliklərinə sahib olan Misir piramidalarının necə
tikilməsinə aid indiyə qədər çox fərziyyə irəli
sürülmüşdür.Bəziləri elə fikirləşir ki minlərlə adam 1-2 tonluq
nəhəng daşları uzaq məsafədən daşıyıb tikintini başa vurmuşlar.Amma
son zamanlar alimlər o dövrün texnologiyası ilə bunun mümkün
olmayacağını düşünməyə başladılar.Və bu əsasda irəli sürülən
fərziyyələr artıq fantastik idi.Bəziləri belə güman edirlər ki o
dövrdə Qədim Misir çox böyük və inkişaf etmiş bir sivilizasiya
olub,hətta bizdən də inkişaf etmiş.Sonralar isə hansısa səbəbdən bu
böyük inkişafdan əsər-əlamət qalmayıb,bircə nəhəng piramidalardan
başqa...Son zamanlar yayılmış fikir isə yadplanetlilərin buraya
gələrək piramidaları inşa etdikləridir.
Belə inanılmaz fikirlər burulğanında Amerika alimi C.Baftis sensasiyalara səbəb olan yeni fərziyyə irəli sürmüşdür.Onun firkrincə də hələ 5000 il əvvəl bir neçə tonluq daşları uzaq məsafədən daşıyıb xeyli hündürüyə qaldırmaq qeyri-mümkün idi.C.Baftis daşları kimyəvi analizdən keçirərkən məlum olmuşdur ki material süni yolla hazırlanıb.Kimyaçının dediyinə görə əvvəlcə xüsusi məhlul hazırlayıb,sonra qəliblərə tökmüşlər.Bu fikri daşların içərisindən tapılmış 21 santimetr uzunluğunda olan saç tükü sübut edir.
Türkan Nadirqızı
Movqe.Az