Əlaqə Arxiv
news Image
2013.09.05
12:04
| A A A
150 ədəd saxta məktəbli forması aşkarlandı-Özəl
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti xidməti  "20" Yanvar metrostansiyasının ətrafındakı yarmarkada reydlər aparıb.    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının Movqe.az-a verdiyi məlumata görə, reydlər zamanı 150 ədəd saxta əmtəə nişanlı məktəbli forması aşkarlanaraq satışddan yığışdırılıb. Komitə səlahiyyətlisi bu məktəbli formalarının arasında "Bakı Tikiş Evi"nin və "Bakı Tekstil Fabriki"nin məhsullarının saxta variantları ilə yanaşı heç bir keyfiyyət sertifikatı olmayan formaların da aşkarlandığı söyləyib. F. Talıblı bildirib ki, yeni dərs ili öncəsi saxta məktəbli formalarının satışının qarşısını almaq üçün Komitənin Nəzarət xidməti tərəfindən ciddi nəzarət tədbirlərinə başlanılıb: "Bizim Komitəyə saxta mıktəbli formaları ilə bağlı istehlakçıklar tərəfindən də siqnallar daxil olur. Dərhal həmin məlumatlar araşdırılır tədbirlər görülür. Qaradağ rayonu ərazisindəki, "Binə", "Sədərək" ticarət mərkəzlərində, şəhərin digər iri satış nöqtələrində reydlər keçirilir, saxta məktəbli formaları satışdan yığışdırılır. Bu günlərdə belə nəzarət tədbirlərinin "Şərq Bazarı" ticarət mərkəzində aparılması planlaşdırılır. Biz valideynlərə bir daha bildirmək istəyirik ki, respublika üzrə məktəbli formasının istehsalı üçün iki tikiş müəssisəsinin- "Bakı Tikiş Evi" və "Bakı Tekstil Fabriki"nin məhsullarına sertifikat verilib. Valideynlər öz övladlarına məktəbli forması aldıqda sertifikata fikir versinlər, saxta məhsulları almaqdan imtina etsinlər".
Sizin Reklam Yeriniz