Alimlər hansı qadınların kökəldiyini müəyyən ediblər
Avropalı alimlər
hansı qadınların daha çox kökəlməyə meyilli olmasını müəyyən
ediblər. Onların keçirdiyi sorğuda 25-46 yaş arasında olan qadınlar
iştirak ediblər. Qeyd edək ki, bu qadınlar uşaq
sahibidirlər.
Sübut olunub ki,
analar qış aylarında bir neçə kilo kökəlirlər. Lakin evdar qadınlar
digərlərindən fərqlənərək iki dəfə daha çox kökəlməyə
meyillidirlər. Ən təəcüblüsü isə, aktiv həyat tərzi sürən
qadınlarında kökəlmələridir.
Nəticədə sübut
edilib ki, bunun günahkarı soyuq havadır. Araşdrıma zamanı qeyd
olunub ki, soyuq iqlim şəraitində yaşayan qadınlar daha tez
kökəlirlər.
Türkan
Nadirqızı