Əlaqə Arxiv
news Image
2016.01.07
16:10
| A A A
“BakuBus” sərnişinlərə 6203 manat pul ödədi
"BakuBus" MMC tərəfindən sərnişin təhlükəsizliyinə xidmət edən və qanunvericiliklə tənzimlənən bütün şərtlərə əməl edilir. Bu barədə Movqe.az-a "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən noyabrın 16-da Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında "BakuBus" MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfərlə bağlı sığorta şirkəti tərəfindən tam təhlil aparılmış və həmin qəza nəticəsində xəsarət alan Məhərrəmova Dilarə Tağı qızına 953 AZN, Dadaşzadə Fərhad Nadir oğluna 1500 AZN, Mirzəyeva Nəzakət Eldar qızına 1500 AZN, Əliyev Sərvan Məlumat oğluna 750 AZN, Ələkbərova Firuzə Bala Hüseyn qızına 750 AZN, Əliyeva Fəxrəndə Nadir qızına 750 AZN zərər ödənişi edilib. Bir nəfər zərər çəkən yüngül xəsarət aldığından könüllü şəkildə zərər ödənişindən imtina edib. Məlumat "AzSığorta" şirkəti tərəfindən daxil olub.
Sizin Reklam Yeriniz