Əlaqə Arxiv
news Image
2013.03.17
12:10
| A A A
İran ABŞ prezidentinə xəbərdarlıq edib
"Cənab Obama! Yanlışlığa yol vermə! Bizim də bütün seçimlərimiz masa üzərindədir. Region bataqlığına düşməzdən öncə öz ölkənizə geri qayıdın". Movqe.az-ın İRİB-ə istinadən məlumatına görə, belə bir bəyanatla İran Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, general Məsud Cəzayiri çıxış edib.
Onun sözlərinə görə, İsrailin İrana qarşı təhdidləri də əhəmiyyətsizdir: "Düşmənin hər cür düşmənə hərəkətinə qarşı dərhal cavab vermək təlimatını almışıq və təcavüzkar tərəfə düşünməyə belə fürsət verməyəcəyik. Təhdid və təzyiq dövrü artıq geridə qalıb. İmperialist qüvvələr bölgənin şərtlərini doğru şəkildə qəbul edə bilmədikləri təqdirdə gözlənilməz çətinliklərlə qarşı-qarşıya qalacaqlar".
M. Cəzayiri bildirib ki, Böyük Britaniya, Fransa, ABŞ, İsrail və mürtəce ərəb ölkələri Suriyada mütləq məğlub tərəflər olacaqlar: "Bu ölkələrin Suriyada işlədikləri terror hərəkətlərinin mənfi nəticələrini gözləmələri lazımdır. İmperialist qüvvələrin və region dövlətlərinin yetişdirdikləri terrorçular tezliklə öz silahlarını onlara doğru yönəldəcəklər. Suriya xalqı və hökuməti terror aktları qarşısında təslim omalı olsaydı, bu bir müddət öncə baş verərdi".
İranlı general deyib ki, artıq bölgə ölkələrinin müqaviməti imperialist qüvvələrə qarşı boyun əyməyəcək qədər lazım olan siyasi həddi-buluğa çatıb.
Sizin Reklam Yeriniz