12 mərtəbəli bina çökdü
Tanzaniyanın
iqtisadi paytaxtı
Darüsselamda çox qatlı
binanın çökdüyü
bildirilib. Movqe.az ""BBC"ə istinadən bildirir ki,
ən az üç nəfər
həlak olub,
aralarında uşaqlar da
olan 45 nəfərdən
isə hələ də xəbər
alına bilməyib.
Hadisə zamanı onlarla
nəfərin binanın daxilində
və ətrafında olduğu
deyilib.
Rəsmilər13 nəfərin
dağıntılardan sağ
çıxarıldığını, lakin aralarında tikinti
işçiləri, şəhər
sakinləri və Quran
kursunun tələbələri olan
uşaqların da olduğu
45 nəfərdən hələ də
xəbər alına bilmədiyini söyləyib.
Hadisə yerli vaxtla 10.45 radələrində baş verib.